Diskont Pəncərəsi

kommersiya banklarının Mərkəzi Bankdan borclanma mexanizmi. Mərkəzi Bank bu mexanizm vasitəsilə kommersiya banklarına qısamüddətli borc verərək onların likvidlik problemini aradan qaldırır.
Diskont Gəlirliyi
Diskont Valyuta Siyasəti
OBASTAN VİKİ
Diskont
Diskont (ing. discount) — iqtisadi termin İngilis dilindən hərfi tərcümədə endirim, çıxılma, fərq deməkdir . Məzmundan asılı olaraq fərqli mənalar götürə bilər. Əmtəə və ya xidmətin qiymətinə satıcı tərəfindən edilən endirim. Endirim dərhal ödəmə şərti ilə verilə bilər. Xəzinə veksellərinin və ya digər qiymətli kağızların bazar qiymətindən aşağı qiymətə satın alınması. Pul vahidinin gələcək qiymətinin cari dəyəri. Bankın kredit verməsi üçün girov mülkin əsl dəyəri ilə girov qiymətləndirilməsi arasında fərq. Satıcı tərəfindən satış zamanı istehlakçıya təqdim etdiyi məhsul və ya xidmətin elan edilmiş siyahı qiymətindən endirim [1]. Endirim dərhal nağd ödəniş (nağd endirim) və ya toplu alış (ticarət endirimi) üçün təklif edilə bilər.
Diskont gəlir
Diskontlu qiymətli kağızın gəliri — diskontla alınmış qiymətli kağız üzrə faiz gəliri. Düsturla hesablanır i d b = F − P F ∗ t y t {\displaystyle i_{db}={\frac {F-P}{F}}*{\frac {t_{y}}{t}}} burada F - qiymətli kağızın nominal dəyəri, P - qiymətli kağızın alınması qiyməti, ty - ildəki günlərin sayı, t - ödəmə müddətinə qədər qalan vaxt və ya qiymətli kağızın saxlanma vaxtı. Diskontlu qiymətli kağız üzrə gəlir (diskont gəliri) ödəmə müddətinə qədər gəlirin hesablanması halında olduğu kimi qiymətli kağızın alış qiyməti ilə müqayisədə faiz gəlirini nominal dəyərlə ölçür. Bu göstərici xəzinə vekselləri üzrə gəlirləri hesablamaq üçün istifadə olunur. İstifadəsi ödəmə üçün gəlir göstəricisindən daha sadə hesablama düsturu ilə əlaqələndirilir. Diskont gəlir göstəricisi ABŞ Xəzinədarlığı istiqrazlarının ticarəti zamanı gəlirliliyin hesablanmasını sadələşdirdi. Bu düstur ticarət iştirakçıları arasında razılaşmanın nəticəsidir. Теплова Т.В. Финансовый менеджмент: управление капиталом и инвестициями (PDF). М. 2000. 103–104.
Azur pəncərəsi
Lacivərd pəncərə, Mavi pəncərə və ya Dveyra pəncərəsi ― Maltanın Qozo adasında yerləşən, 28 metr uzunluğunda əhəng daşından ibarət təbii körpü. Dveyra buxtasında daxili dənizə yaxın bir ərazidə yerləşir və Maltanın əsas turistik destinasiyalarından biridir. Ərazidəki digər təbii coğrafi xüsusiyyətlər ilə birlikdə bu kəmər bir sıra beynəlxalq səviyyəli filmlərdə və KİV-in proqramlarında yer almışdır. İki dəniz mağarasının dağılması nəticəsində yaranan kəmərin quruluşu dənizdən yüksələn qaya sütunundan ibarətdir və üfiqi lövhə ilə uçuruma birləşib. Keçidin bəzi hissələrinin dənizə düşməsinə səbəb olan onilliklər ərzində davam edən təbii eroziyadan sonra, 2017-ci il martın 8-də fırtınalı havada lövhə və sütun tamamilə çöküb. Lacivərd pəncərə təxminən 500 il ərzində uçurumun üzünün dəniz və yağış eroziyasına məruz qalması nəticəsində formalaşmışdır. Kəmər Maltanın ən çox turist qəbul edən məkanlarından və məşhur fotoşəkillərin arxa fonlarından biridir. Bu ərazi xüsusi mühafizə sahəsinə və 1998-ci ildə Dveyra buxtasının digər hissələri ilə birlikdə YUNESKO Ümumdünya irsinin Malta abidələri siyahısına daxil edilib. 1980 və 2000-ci illər ərzində kəmərin üst təbəqələrinin bəzi qisimləri çökərək böyük ölçüdə genişlənir. Boşluğun xarici kənarında olan geniş bir qaya parçası 2012-ci ilin aprel ayında çökür və pəncərənin ölçüsünün daha da artmasına səbəb olur.
Diskurs pəncərəsi
Overton pəncərəsi (ing. Overton window) və ya diskurs pəncərəsi (ing. discourse window) - siyasətçi və fəalların ictimai çıxışlarında yolverilən fikir diapazonu çərçivəsinin cari ictimai diskursa əsaslanaraq mövcud olduğunu iddia edən sosioloji konsepsiyadır. Konsepsiya bütün dünyada politoloqlar, siyasi analitiklər, tarixçilər, kulturoloqlar və s. mütəxəssislər tərəfindən istifadə olunur. Konsepsiya - onun müəllifi olan, amerikalı hüquqşünas və ictimai xadim Cozef Overtonun şərəfinə adlandırılıb. Diskurs pəncərəsi konsepsiyası Cozef Overton tərəfindən 1990-cı illərin ortalarında, onun Makinak İctimai Siyasət Mərkəzində işlədiyi müddətdə irəli sürülmüşdür. Bu konsepsiya vaxtilə mühakimələrin açıq siyasi müzakirələr zamanı səsləndirilməyə uyğun olub-olmama dərəcəsinin qiymətləndirilməsi üçün əlverişli model kimi təklif edilmişdir. Konsepsiya mərkəzin daxili seminarlarında aktiv şəkildə istifadə edilsə də, geniş ictimaiyyət üçün ilk dəfə 2006-cı ildə, Overtonun ölümündən üç il sonra nəşr edilmişdir. Beləliklə, diskurs pəncərəsi ideyası nüfuz qazanır, Makinak Mərkəzinin əməkdaşları isə Overton pəncərəsinə həsr olunmuş bir sıra materiallar hazırlayaraq ideyanı populyarlaşdırmaq və inkişaf etdirmək üçün davamlı çalışırdılar.
Lazur pəncərəsi

Overton pəncərəsi

Transfer pəncərəsi
Transfer pəncərəsi — bir futbol klubunun daha əvvəl başqa klubla müqaviləsi olan oyunçuları il ərzində öz siyahısına əlavə edə biləcəyi dövrdür. Belə bir transfer futbolçunun FİFA vasitəsilə yeni klubuna qeydiyyatı ilə tamamlanır.
Diskont faiz dərəcəsi
Diskont faiz dərəcəsi — gələcək gəlir axınlarını vahidi indiki dəyərə çevirmək üçün istifadə olunan faiz dərəcəsidir. Diskont dərəcəsi gələcək NPV pul vəsaitlərinin hərəkətinin cari dəyərinin hesablanması zamanı tətbiq edilir. N P V = ∑ t = 0 N C F t ( 1 + i ) t = − I C + ∑ t = 1 N C F t ( 1 + i ) t {\displaystyle NPV=\sum _{t=0}^{N}{\frac {CF_{t}}{(1+i)^{t}}}=-IC+\sum _{t=1}^{N}{\frac {CF_{t}}{(1+i)^{t}}}} , burada i {\displaystyle i} — diskont faiz dərəcəsidir. Diskont dərəcəsi bir sıra amillərdən asılı olan dəyişəndir i = f ( i 1 , . . . , i n ) {\displaystyle i=f(i_{1},...,i_{n})} , burada ( i 1 , . . . , i n ) {\displaystyle (i_{1},...,i_{n})} hər bir investisiya layihəsi üçün ayrıca müəyyən edilən gələcək pul vəsaitlərinin hərəkətinə təsir edən amillərdir: i 1 {\displaystyle i_{1}} — müəyyən dövr üçün alternativ investisiyanın dəyəri, istər: depozitlər üzrə bank faiz dərəcəsi, yenidən maliyyələşdirmə dərəcəsi, mövcud biznesin orta gəlirliliyi və s.; i 2 {\displaystyle i_{2}} — seçilmiş dövr üçün inflyasiya səviyyəsinin qiymətləndirilməsi, dövr üçün vəsaitlərin köhnəlməsi riskinin dəyərinin qiymətləndirilməsi kimi.
Qəm Pəncərəsi (1986)
Qəm pəncərəsi — 1986-cı ildə Anarın yazıçı Cəlil Məmmədquluzadənin 1894-cü ildə yazdığı "Danabaş kəndinin əhvalatları" və 1921-ci ildə yazdığı "Danabaş kəndinin müəllimi" əsərləri əsasında yazdığı ssenariyə uyğun olaraq çəkilmiş Azərbaycan sovet filmi. Filmin rejissoru da Anardır. Filmdə Həsən Turabov Cəlil Məmmədquluzadənin qocalıq dövrünü, Elmira Şabanova isə onun həyat yoldaşı Həmidə Məmmədquluzadəni canlandırır. Filmdə yazıçı, dramaturq Cəlil Məmmədquluzadənin uşaqlıq dövrü ilə bağlı hadisələr öz əksini tapmışdır. "Qəm pəncərəsi" filmi Cəlil Məmmədquluzadənin xatirəsinə ithaf edilib. Filmin ssenarisi Anar tərəfindən Cəlil Məmmədquluzadənin 1894-cü ildə yazdığı "Danabaş kəndinin əhvalatları" və 1921-ci ildə yazdığı "Danabaş kəndinin müəllimi" əsasında yazılıb. Filmdə Cəlil Məmmədquluzadənin uşaqlıq dövründə baş verən hadisələr təsvir edilir. Filmin digər adı "Danabaş kəndinin əhvalatları"dır. Bu film rejissor Mərahim Fərzəlibəyovun ilk aktyor işidir. Filmdə "Molla Nəsrəddin" jurnalının karikaturalarından istifadə edilib.
Qəm pəncərəsi (film, 1986)

Qonşuların pəncərəsi (qısametrajlı film, 2019)
Qonşuların pəncərəsi - Marşal Karrinni yazdığı və rejissorluq etdiyi 2019-cu il Amerika istehsalı qısametrajlı fılm. 2020-ci ildə Ən Yaxşı Canlı Aksiya Qısa Filmi üzrə Akademiya Mükafatını qazandı. Film Dayn Veypertin Sevgi və Radio podkastında danışdığı həqiqi hekayədən ilhamlanıb. Elli və Yakob üç azyaşlı uşaqları ilə Nyu-Yorkda yaşayan 30-lu yaşlar cütlükdür.

Digər lüğətlərdə